image-hamas-bayragi-aa-1603133_1backend

HƏMAS: Netanyahu atəşkəs öhdəliklərindən yayınmaqda israrlıdır

HƏMAS bildirib ki, İsrailin Qəzza ilə sərhəd-keçid məntəqələrini davam etdirməsi, blokadaya alması və 2 milyondan çox fələstinlini aclıq və susuzluqla cəzalandırması Baş nazir Binyamin Netanyahunun atəşkəs razılaşmasının öhdəliklərini yerinə yetirməməkdə israrlı olmasının bariz sübutudur.
Elchi.az xəbər verir ki, HƏMAS açıqlamasında bildirib ki, bütün bunlar Netanyahu hökumətinin Qəzzadakı israilli məhbuslara qarşı laqeydliyinin və beynəlxalq humanitar hüquqa məhəl qoymamasının təzahürüdür.
İsrailin atəşkəs razılaşmasını açıq şəkildə pozan cinayətlərinin artdığına diqqət çəkən açıqlamada, “Müqavilədən sonra şəhidlərin sayı təxminən 160-a yüksəldi.” deyildi.
Atəşkəs razılaşmasının vasitəçiləri olan “qarant” ölkələrin bu cinayətləri dayandırmaq üçün dərhal müdaxilə etmələri istənilərkən, beynəlxalq ictimaiyyətin də bununla bağlı üzərinə düşən məsuliyyəti öz üzərinə götürməsi istənilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki