image-f1b0e12c-f02b-3c62-91a2-608df2b11854_850backend

Yaponiya TBNM-in inkişafına yüksək maraq göstərib

Yaponiya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafına yüksək maraq göstərib.

Elchi.az xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini Murat Nurtleunun Yaponiyaya rəsmi səfərinin yekunlarına dair Qazaxıstanın Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.

M.Nurtleu səfər zamanı Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi, iqtisadiyyat, ticarət və sənaye naziri Yoci Muto, həmçinin Yaponiya Parlamentinin Qazaxıstanla Dostluq Liqasının sədri Toşiaki Endo ilə görüşüb.

Məlumata görə, Qazaxıstan və Yaponiya kritik metallar, nəqliyyat və logistika sahəsində əməkdaşlığa, həmçinin Orta Dəhlizin inkişafına yüksək qarşılıqlı maraq göstəriblər.

Bildirilib ki, bu il Astanada keçiriləcək Qazaxıstan və Yaponiyanın hökumətlərarası və özəl sektorlarının iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının iclasında Orta Dəhlizin inkişafı məsələsi və digər maraq doğuran istiqamətlər müzakirə olunacaq.

“Yaponiya bizim etibarlı dostumuz və zamanla sınanmış tərəfdaşımızdır. Qazaxıstan Yaponiya ilə hər iki ölkənin milli maraqlarına cavab verən genişləndirilmiş strateji tərəfdaşlığın inkişafına sadiqdir”, – M.Nurtleu vurğulayıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki