image-36backend

Peskov: “Putin qərarları özü verir” 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin öz səfərləri ilə bağlı qərarları müstəqil qəbul edir və onlar şübhəsiz həyata keçirilir.

Elchi.az xəbər verir ki, Peskovun sözlərinə görə, geniş dəstək alan dövlət başçısı mövcud vəziyyətə əsasən qərarlar qəbul edir.

“Bu, xalq tərəfindən seçilən, bütün dünyada unikal dəstəyi olan bir prezidentdir, təbii ki, o, indiki məqamda məqsədəuyğun hesab etdiyi qərarlar qəbul edir”, – deyə mətbuat katibi bildirib.

Putin bu yaxınlarda Kursk vilayətinə səfər edib və burada Kursk qoşun qrupunun komanda məntəqəsində görüş keçirib. Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya qoşunlarının Ukrayna hərbçiləri tərəfindən əvvəllər işğal olunmuş ərazilərin 86%-dən çoxunu azad etdiyini, Ukrayna Silahlı Qüvvələrinin itkilərinin isə 67 min nəfəri keçdiyini bildirib. O, həmçinin bildirib ki, Kiyev rejiminin yaraqlıları fəal şəkildə təslim olur və Rusiya hərbçiləri 430 şəxsi əsir götürüb.

Səfər zamanı Putin qarşısına Kursk vilayətində düşməni nəhayət məğlub etmək və ərazini tamamilə azad etmək vəzifəsi qoyub. O, həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin bölgədəki qruplaşması təcrid olunub və sistemli şəkildə məhv edilir, müəyyən istiqamətlərdə Rusiya bölmələri sərhədi keçərək Sumı vilayətinə daxil olub.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki