Suriya ilə Livan arasında sərhəd bölgəsində atəşkəsin yaradılması üçün müqavilə imzalanıb.
Elchi.az xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın Müdafiə Nazirliyinin Mətbuat İdarəsinə istinadən verdiyi xəbərə görə, razılaşma çərçivəsində iki ölkə arasında hərbi koordinasiya və əməkdaşlığın artırılmasına qərar verilib.
SANA martın 16-da Müdafiə Nazirliyinin Media Ofisinə istinadən xəbər verir ki, Hizbullah üzvləri Livanda üç Suriya ordusu əsgərini pusquya salıb və onları qaçırıblar.
Xəbərdə Hizbullah üzvlərinin Livanda qaçırdıqları üç suriyalı əsgəri edam etdiyi bildirilir.
Hizbullah yaydığı bəyanatda Suriya-Livan sərhədində baş verən hadisələrlə heç bir əlaqəsi olmadığını iddia edib.
Suriya ordusunun 3 əsgərinin sərhəddə öldürülməsindən sonra Livanın şərqindəki sərhəddə artilleriya və raket atışmalarının mübadiləsi aparılıb.
Şayəstə Hüseynova