image-annalena-berbokbackend

Almaniyanın xarici işlər naziri G7 ölkələrini Putinə qarşı birləşməyə çağırıb

Almaniyanın xarici işlər naziri Annalena Berbok G7 ölkələrini Rusiya prezidenti Vladimir Putinə qarşı birləşməyə çağırıb.
Elchi.az xəbər verir ki, Berbok G7 Xarici İşlər Nazirləri Toplantısı üçün Kanadaya getməzdən əvvəl verdiyi yazılı açıqlamada G7 ölkələrinin xarici işlər nazirlərinin fikir mübadiləsi aparmasının vacib və zəruri olduğunu bildirib.
Berbok qeyd edib ki, Putinin Ukraynada müharibə məqsədlərinə çata bilməməsi, ilk növbədə, ukraynalıların cəsarəti və G7 ölkələrinin dəstəyi ilə bağlıdır: “Sülhə gedən yol güc və birlikdən keçir. Bu, Putinin anladığı dildir”.
Berbok bildirib ki, G7 ölkələri əməkdaşlığın sabitlik və təhlükəsizlik gətirdiyinə dair aydın mesaj göndəriblər.
Bu kontekstdə avropalıların güclü və etibarlı tərəfdaş olduğunu vurğulayan alman nazir, “Gələcəkdə Avropada təhlükəsizliyimiz və müdafiəmiz üçün daha çox işlər görəcəyik”,- deyə ifadə işlədib.
Yeni bir “qəddarlıq dövrünün” başladığını ifadə edən Berbok, “Dünyada dəyərlərimizi paylaşmayan, sülh istəməyən, yalnız güclülərin haqqına inanan insanların birliyimizi və qaydalara əsaslanan nizamımızı qoruyub saxlaya bilməyəcəyimizi diqqətlə izlədiyi bir dövr” dedi. qiymətləndirmə aparıb.
G7-nin əsas rola sahib olduğunu ifadə edən Berbok, “Fikir ayrılıqlarımız ola bilər, amma son nəticədə çağımızın mərkəzi təhlükəsizlik problemlərinə cavab tapıb tapa bilməyəcəyimizə görə mühakimə olunacaq, – deyib.
Berbok Rusiyanın Ukraynaya qarşı müharibəsinin gətirdiyi çətinliklərin, Çinin Hind-Sakit Okean bölgəsindəki mövqeyinin və Yaxın Şərqdəki böhranların hər kəsin təhlükəsizliyi ilə sıx bağlı olduğunu vurğulayaraq, “Bu məsələlərdə ortaq maraqlarımız ortaq kompasımızdır”, – deyə şərh edib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki