İranın xarici işlər naziri Abbas Əraqçi İran qəzetinə ABŞ-la aparılan nüvə danışıqları və İranın nüvə proqramı ilə bağlı açıqlamalar verib. Əraqçi, “Mən milli maraqları düşünən bir diplomat kimi yetişdim və ona uyğun hərəkət edəcəyəm. Ölkənin milli maraqlarının qarşılandığını düşündüyüm yerə gedəcəyəm və vəzifəmi yerinə yetirəcəyəm. İstər Nyu Yorkda, istər Kabildə, istərsə də Beyrutda” deyib.
Elchi.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi İran qəzetinə ABŞ-la aparılan nüvə danışıqları və İranın nüvə proqramı ilə bağlı açıqlamalar verib.
Çin, Rusiya və İranın nüvə məsələsində birgə hərəkət etmək qərarı Vaşinqtonda təşviş yaradıb. ABŞ prezidenti Donald Tramp “Biz onlardan güclüyük, onların birləşdirdiklərindən daha çox gücümüz var” deyərək meydan oxuyub.
ABŞ prezidenti Donald Trampın İrana qarşı maksimum təzyiq siyasətinə münasibət bildirən Əraqçi, “Qarşı tərəfin maksimum təzyiq göstərdiyi bir şəraitdə danışıqlara başlasaq, danışıqlara zəif mövqedən başlayarıq və heç bir qazanc əldə edə bilməyəcəyik. Bu məsələ inadkarlıq və ya idealizm məsələsi deyil, bu, texniki məsələdir. O zaman qarşı tərəfə təzyiqin bərabər şərtlərlə işləyə bilməyəcəyini sübut etmək lazımdır” ,- deyib.
Nuranə Məmmədova