ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi və Milli Təhlükəsizlik Şurasının rəsmiləri atəşkəsin uzadılması və daimi həllə nail olunması üçün “körpü” təklifi təqdim ediblər. HƏMAS-ın bu təklifə qeyri-mümkün tələblərlə cavab verdiyi bildirilib və zamanın HƏMAS-ın tərəfində olmadığı və ABŞ-ın lazımi addımları atacağı vurğulanıb.
Elchi.az xəbər verir ki, Ağ Ev HƏMAS ilə bağlı bəyanat yayıb.
“Prezident Tramp açıq şəkildə bildirib ki, HƏMAS ya girovları dərhal azad etməlidir, ya da ağır bədəl ödəməlidir. ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə baş direktoru Erik Trager çərşənbə günü axşam Dohada atəşkəs rejiminin Ramazan ayından sonra da uzadılmasına dair “körpü” təklifi təqdim ediblər.
Nuranə Məmmədova