Ağ Evin sözçüsü Karolin Leavitt ABŞ-ın husilərə qarşı hücumu ilə bağlı suala cavab olaraq, “İndi şəhərdə yeni bir şerif var və onun adı Donald Trampdır” o, belə cavab verdi.
Elchi.az xəbər verir ki, gündəlik mətbuat konfransında Leavitt jurnalistlərin ABŞ prezidenti Donald Trampın son açıqlamaları və qərarları ilə bağlı suallarını cavablandırıb.
Ağ Ev sözçüsü, Trampın husilərin bütün hücumlarına görə İranın məsuliyyət daşıyacağına dair açıqlamaları ilə bağlı suala, “Artıq şəhərdə yeni bir şərif var və onun adı Donald Trampdır. Dünyaya bu barədə rəsmi xəbərdarlıq edilib” deyib.
“Bizim İrana mesajımız budur ki, siz bu prezidenti (Tramp) ciddi qəbul etməlisiniz. Və məncə, husilər bunu keçən həftə sonu çətin yoldan öyrəndilər.” Leavitt bildirib ki, Tramp ticarət gəmilərinə edilən hücumlara “səbr etməyəcək”.
Leavitt jurnalistlərə Truth Social-dan yazdığı yazılı açıqlamanı oxuyub ki, Tramp bundan sonra husilərin hücumlarına görə birbaşa İranı məsuliyyət daşıyacaq.
“Fransızların almanca danışmamasının yeganə səbəbi ABŞ-dır”
Azadlıq heykəlinin ABŞ-ın dəyərlərini əks etdirmədiyini düşündüyü üçün geri qaytarılmasını istəyən bir fransız siyasətçi ilə bağlı suala Leavitt belə cavab verdi: “Mən o aşağı səviyyəli fransız siyasətçiyə xatırladıram ki, fransızların indi alman dilini bilməməsinin yeganə səbəbi ABŞdır və bunun üçün ölkəmizə minnətdar olmalıdırlar.” sözləri ilə cavab verdi.
Leavitt, həmçinin Trampın keçmiş ABŞ prezidenti Co Baydenin 6 Yanvar Komitə üzvlərini əfv etməsi haqqında qərarını yaş mürəkkəblə imzalanmadığı üçün etibarsız saymaq qərarını müdafiə edib.
Şayəstə Hüseynova