image-download-30backend

London Moskvaya tələb irəli sürdü

Rusiya Ukraynada atəşkəs təklifini “heç bir şərt olmadan” qəbul etməlidir.
Elchi.az “DailyMail” nəşrinə istinadən xəbər verir ki , bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Kanadada keçirilən G7 sammitində deyib.
“Düşünürəm ki, indi qeyd-şərtsiz atəşkəs zamanı birlik var. Ukrayna öz mövqeyini açıqlayıb. İndi Rusiya bunu qəbul etməlidir”, – deyə siyasətçi tələb edib.
Lammy deyib ki, G7 müttəfiqləri Rusiya prezidenti Vladimir Putinə “oyun qaydalarını dəyişməyə” icazə verilməməsi mövzusunda həmrəydirlər. Bundan əvvəl beynəlxalq klubun üzvləri bəyan etmişdilər ki, Ukraynada 30 günlük atəşkəsin yaradılması təklifi ilə razılaşmasalar, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilərlər.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki