image-trumptan-vize-darbesi-yeni-seyahat-yasagi-geliyor-43-ulke-hedefte-17420258963778backend

Trampdan viza zərbəsi! Yeni səyahət qadağası gəlir: 43 ölkə hədəflənir

ABŞ prezidenti Donald Tramp 43 ölkəni əhatə edən yeni səyahət qadağası təklif edib. Narıncı siyahıda olan 10 ölkənin ABŞ-a girişi məhdudlaşdırılacaq.
Elchi.az  xəbər verir ki, Tramp administrasiyası 43 ölkə vətəndaşları üçün yeni səyahət qadağası üzərində işləyir.
New York Times-ın əldə etdiyi sənəd layihəsinə görə, bu ölkələr üç kateqoriyaya bölünür: qırmızı siyahı, narıncı siyahı və sarı siyahı. Qırmızı siyahıda olan 11 ölkənin vətəndaşlarının ABŞ-a girişi tamamilə qadağan ediləcək. Narıncı siyahıda olan 10 ölkənin vətəndaşlarına viza məhdudiyyəti tətbiq olunacaq. Sarı siyahıdakı 22 ölkəyə ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlığı artırmaq üçün 60 gün vaxt veriləcək.
ABŞ Dövlət Departamentinin hazırladığı layihəyə görə, qırmızı siyahıda yer alan ölkələr bunlardır: Əfqanıstan, Butan, Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela və Yəmən. Bu ölkələrin vətəndaşlarının ABŞ-a girişi tamamilə qadağan ediləcək.
Narıncı siyahıda olan 10 ölkənin ABŞ-a girişi məhdudlaşdırılacaq. Bu ölkələrin vətəndaşları məcburi üz-üzə viza müsahibəsindən keçəcək və yalnız işgüzar səfərlər kimi müstəsna hallarda ölkəyə daxil ola biləcəklər. Adı çəkilən ölkələrə Belarus, Eritreya, Haiti, Laos, Myanma, Pakistan, Rusiya, Sierra Leone, Cənubi Sudan və Türkmənistan daxildir.
Sarı siyahıdakı 22 ölkəyə ABŞ-ın təhlükəsizlik tələblərini yerinə yetirmək üçün 60 gün vaxt veriləcək. Bu ölkələrə Anqola, Benin, Burkina Faso, Kamerun, Konqo, Ekvatorial Qvineya, Qambiya, Liberiya, Malavi, Mali, Mavritaniya, Vanuatu və Zimbabve kimi Afrika və Asiya ölkələri daxildir. Bu ölkələr müəyyən edilmiş müddət ərzində ABŞ-ın təhlükəsizlik tələblərinə əməl etməsələr, narıncı və ya qırmızı siyahıya salınacaqlar.
Yanvar ayında vəzifəyə gəldikdən sonra Tramp Dövlət Departamentinə “təhlükəsizlik və yoxlama məlumatlarının ölkəyə giriş icazəsi vermək üçün kifayət etmədiyi ölkələri” müəyyən etmək üçün 60 gün vaxt verib. Tramp administrasiyası bu qadağanın milli təhlükəsizlik və vətəndaşların müdafiəsi üçün zəruri olduğunu iddia edir.
Siyahıda Rusiyanın da yer alması diqqət çəkir. Trampın Rusiya ilə yaxın münasibətlər qurmağa çalışdığı məlumdur. Rusiyanın bu siyahıya daxil edilməsi Kremllə Vaşinqton arasında yeni diplomatik böhrana səbəb ola bilər. Üstəlik, siyahıya Venesuelanın da əlavə edilməsi Trampın immiqrasiya siyasəti ilə diplomatik addımlar arasında ziddiyyət kimi qiymətləndirilir.
Trampın müsəlmanların çoxluq təşkil etdiyi ölkələrə ilk dəfə səyahət qadağası aşağı məhkəmələrdə bloklandı, lakin Ali Məhkəmə tərəfindən təsdiq edildi. Bayden administrasiyası qadağanı “milli vicdanımıza ləkə” kimi təsvir edərək ləğv etmişdi. Trampın yeni qadağası əvvəlkindən qat-qat əhatəli və mürəkkəb olduğu üçün yenidən məhkəmələrdə böyük döyüşə səhnə ola bilər.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki