image-67d7e037a310c240e242b557backend

Çin alimləri böcəklərdən ilham aldılar! 6 ayaqlı “kosmik qazma” robotu hazırlayıb

Çin alimləri həşəratların hərəkətindən ilhamlanaraq yeni altı ayaqlı “kosmik mədən robotu” hazırlayıblar.
Elchi.az xəbər verir ki, Çin Mədən və Texnologiya Universitetinin professoru Liu Xinhuanın rəhbərlik etdiyi tədqiqat qrupu, məşhur insanabənzər robotlardan və robot itlərdən fərqli struktura malik yeni robot hazırlayıb.
Tədqiqatçılar həşəratların hərəkətindən ilhamlanaraq hazırladıqları yeni kosmik mədən robotunun mikroqravitasiya mühitində işləmək üçün hazırlandığını qeyd ediblər.
Tədqiqatçılar, Ayda və asteroidlərdə mineral kəşfiyyat və çıxarma əməliyyatlarında istifadə edilməsi nəzərdə tutulan robotun 3 təkər və 3 pəncədən ibarət 6 ayağı sayəsində asteroidlərin səthinə sabitlənə biləcəyini və qayalıq ərazilərdə rahatlıqla hərəkət edə bildiyini bildiriblər.
Artıq patentləşdirilən robotun gələcəkdə “ulduzlararası mədənçilik”ə yol açacağı gözlənilir.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki