image-teyyarebackend

Hondurasda çoxlu sərnişini olan təyyarə qəzaya uğrayıb

Mərkəzi Amerika ölkəsi Hondurasda içərisində 17 nəfərin olduğu kiçik təyyarə dənizə düşüb. İlkin məlumata görə, 6 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, Roatan qubernatoru Huqo Varela jurnalistlərə bildirib ki, Xuan Manuel Qalvez hava limanından Trujilyoya qalxan təyyarə havaya qalxdıqdan az sonra Roatan adasının sahillərində dənizə düşüb.
Varela axtarış-xilasetmə işləri nəticəsində indiyədək 6 nəfərin cəsədinin tapıldığını və qrupların işlərini davam etdirdiyini bildirib.
Yerli mətbuatın məlumatına görə, təyyarə dənizə çırpıldıqdan sonra alovlanıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki