image-c190fc81-9f0d-3d59-a557-3578118a687c_850backend

Ağ Ev: Tərəflər Ukraynada sülhə indiki qədər yaxın olmayıblar

“Tərəflər Ukraynada sülhə indiki qədər yaxın olmayıblar”.

Elchi.az  xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

Sözçü Ukrayna münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara toxunaraq bildirib:

“Biz heç vaxt sülh sazişinə indiki qədər yaxın olmamışıq. Bildiyiniz kimi, prezident (ABŞ lideri Donald Tramp) bu məqsədə çatmaqda qərarlıdır”.

Karolin Levitt əlavə edib ki, Ukraynadakı hərbi əməliyyatlar ABŞ-nin əvvəlki administrasiyasına görə başlayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki