image-tokayevden-asiricilik-ve-975_2-41backend

Tokayev ekstremizm və terrorizmlə mübarizə aparmağı tapşırıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının üzvlərinə ölkədə terrorizm və ekstremizmlə mübarizə işini gücləndirməyi tapşırıb.
Elchi.az xəbər verir ki, Prezidentlikdən verilən açıqlamaya görə, “Akorda” Prezident sarayında Tokayevin sədrliyi ilə Qazaxıstan Təhlükəsizlik Şurasının iclası keçirilib.2021-2025-ci illəri əhatə edən “milli təhlükəsizlik strategiyası”nın icrasının müzakirə edildiyi iclasda ictimai, iqtisadiyyat, ətraf mühit və informasiya təhlükəsizliyi sahələrində cari məsələlər müzakirə edilib.
Tokayev iclasda Təhlükəsizlik Şurasına ölkədə ekstremizm və terrorizmlə mübarizə üzrə əlaqələndirilmiş işi gücləndirməyi tapşırıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki