Atəşkəsi pozan və Qəzza zolağına hücumlarla yenidən mülki insanları hədəfə almağa başlayan İsrail, HƏMAS-ın məhbusları azad etmədiyi təqdirdə “cəhənnəm qapılarının açılacağını” iddia edib. Hücumlarda yüzlərlə insan həyatını itirib.
Elchi.az xəbər verir ki, İsrailin müdafiə naziri Yisrael Katz verdiyi açıqlamada, HƏMAS-ın israilli məhbusları azad etməkdən imtina etməsi səbəbindən hücumları bərpa etdiklərini bildirib.
“Həmas bütün məhbusları azad etməsə, Qəzzada cəhənnəmin qapıları açılacaq”, – Katz bildirib.
Şiddətli hücumlarla təhdid edən Katz, məqsədlərinə çatana qədər hücumlara davam edəcəklərini bildirib.
232-dən çox fələstinli həyatını itirib
İsrailin Qəzza zolağına atəşkəsi pozan hücumları nəticəsində 190-dan çox fələstinli həyatını itirib.
Bildirilib ki, İsrail ordusu məcburi köçkün fələstinlilərin çadırları, sığındıqları məktəblər və mülki şəxslərin evləri də daxil olmaqla Qəzza zolağını intensiv şəkildə bombalayıb.
İsrail ordusu siyasi eşalonun göstərişinə uyğun olaraq Qəzzaya genişmiqyaslı hücumları bərpa etdiyini açıqlayıb.
İsrail Baş nazirliyindən verilən açıqlamada, hücumların baş nazir Binyamin Netanyahu və müdafiə naziri Yisrael Katzın əmri ilə həyata keçirildiyi bildirilib.
Atəşkəsi pozan İsrailin HƏMAS-a qarşı “artan hərbi güc”lə hərəkətə keçəcəyi bildirilirdi.
Şayəstə Hüseynova