“Hindistanın Pakistana ballistik raket zərbələri endirməsindən sonra Pakistan Hindistan ərazisindəki hədəflərə zərbələr endirməklə cavab verib”.
Elchi.az xəbər verir ki, bu barədə SAMAA TV mənbələri məlumat yayıb.
Qeyd olunur ki, cavab qərarı İslamabadda mülki infrastruktur obyektlərinin zədələndiyi və Hindistanın mülki şəxslərə hücumu səbəbindən qəbul edilib.
Pakistan mediası ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirildiyini də bildirir.