image-gmiskm2xsaay0wwbackend

İsrailin Qəzzaya hava hücumu! Çoxlu ölü və yaralı var

İsrail ordusu Qəzzada HƏMAS-ın hədəflərinə genişmiqyaslı hücum həyata keçirdiyini açıqlayıb. Hücum nəticəsində çoxlu sayda insanın öldüyü və yaralandığı bildirilir.
Elchi.az xəbər verir ki, İsrail Ordusunun sözçüsü Aviçay Adraee X hesabında etdiyi paylaşımda Qəzzaya hücumların yenidən başladığını açıqlayıb.
“Siyasi səviyyənin göstərişi ilə İsrail ordusu və (İsrailin daxili kəşfiyyat agentliyi) Şin Bet Qəzza zolağının hər yerində HƏMAS-a bağlı hədəflərə geniş miqyaslı hücuma keçib”, – Adraee bildirib.
İsrail Ordusu Daxili Cəbhə Komandanlığı da Qəzza zolağı ətrafındakı məktəblərdə təhsilin dayandırıldığını və fermerlərin sərhədə yaxın ərazilərdə işləməsinə icazə verilməyəcəyini açıqlayıb.
İsrailin verdiyi açıqlamada hücumların hava hücumları ilə məhdudlaşmaması ehtimalının olduğu açıqlanıb.
Hücumlarda ən azı 308 nəfər həyatını itirib, onlarla insan yaralanıb.
HƏMAS: İSRAİL atəşkəsi dayandırıb
HƏMAS rəsmisi: İsrail birtərəfli qaydada atəşkəsi dayandırıb. Netanyahu girovları naməlum taleyə buraxdı. Hücumlar HƏMAS komandirlərini və infrastrukturu hədəf alıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki