image-sabah-bu-erazide-qaz-olmayacaq-780x470backend

Bakının bu rayonlarında qaz olmayacaq

Yasamal rayonu, H.B.Zərdabi küçəsində qaz quyusundakı siyirtmədə aşkar olunmuş sızmanın aradan qaldırılması, Suraxanı rayonu, O.Şabanov küçəsinda qaz sayğaclarının giriş hissələrinin fleks üsulu ilə yığılması məqsədilə 18.03.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan Elchi.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun H.B.Zərdabi küçəsi və Tiflis prospektinin bir hissəsinin, Suraxanı rayonunun isə O.Şabanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki