image-hindistanda-siddet-olayla-784_2-41backend

Hindistanda Quranın yandırılması ilə bağlı iddialar münaqişəyə çevrilir

Hindistanın Maharaştra əyalətində ziyarətgahın sökülməsi tələbi ilə keçirilən etiraz aksiyaları zamanı Quranın yandırıldığı iddiası ilə etirazçılarla müsəlmanlar arasında qarşıdurma baş verib.
Elchi.az xəbər verir ki, “The Hindu” qəzetinin məlumatına görə, Maharaştra ştatının Naqpur şəhərində etirazçılar Muğal hökmdarı Aurangzebin məzarının sökülməsi tələbi ilə etiraz aksiyası keçiriblər.
Etiraz zamanı Quranların yandırıldığına dair şayiələr nümayişçilərlə müsəlmanlar arasında toqquşmaya səbəb olub.
Qruplar arasında gedən döyüş zamanı avtomobillər yandırılıb, bəzi evlər və iş yerləri dağılıb.
Polis rəsmiləri 12 polis əməkdaşının yaralandığını, 50-dən çox etirazçının saxlanıldığını açıqlayıb.
Komendant saatı elan edildi
Naqpurda asayişi qorumaq üçün polis rəsmiləri şəhərin bəzi yerlərində komendant saatı elan edib və komendant saatının növbəti xəbərdarlığa qədər qüvvədə olacağını bildiriblər.
Polis əməkdaşları sakinləri vəziyyətin nəzarət altında olduğuna əmin ediblər.
“Hindustan Times” qəzetinin məlumatına görə, Maharaştra Ştat Azlıq Komissiyasının sədri Pyare Xan iddia edib ki, hadisəyə görə məsuliyyət daşıyanlar Naqpur sakinləri deyil, “icma harmoniyası ilə tanınan” şəhərdə iğtişaşlar yaratmaq üçün kənardan gələn insanlardır.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki