ABŞ Yəmənin Hudeydə şəhərində husilərin mövqelərinə zərbələr endirib.
Elchi.az xəbər verir ki, bu barədə “Əl Məsirə” telekanalı məlumat yayıb.
Məlumata görə, “Ənsar Allah” hərəkatının inzibati mərkəzinin yaxınlığındakı, Qırmızı dənizin sahilində yerləşən El-Arc rayonu hücuma məruz qalıb. “Al Hadath” telekanalının məlumatına görə, ABŞ-nin hədəfi husilərin yerləşdiyi mövqelər olub.