Argentinalı ulduz Lieonel Messi əzələ zədəsi səbəbindən Cənubi Amerikanın Uruqvay və Braziliyaya qarşı seçmə mərhələsində iştirakdan kənarlaşdırılıb.
Elchi.az xəbər verir ki, Ulduz futbolçu Lionel Messi əzələ zədəsi səbəbindən Cənubi Amerika seçmə mərhələsində Uruqvay və Braziliya ilə kritik matçlarda meydana çıxa bilməyəcək.
Messinin zədələnməsi “İnter Mayami”nin “Atlanta Yunayted”ə qarşı oyununda əzələ problemindən sonra yaranıb. Yoxlamalardan sonra argentinalı ulduzun riskə atılmayacağı və millinin oyunlarını buraxacağı müəyyənləşib.
Messinin yoxluğu baş məşqçi Lionel Scaloni-nin heyətini planlaşdırmasını çətinləşdirə bilər, çünki Argentina DÇ-2026-nın Cənubi Amerika seçmə mərhələsində iki vacib qarşılaşma ilə üzləşir. Uruqvayla səfər oyunundan sonra tanqoçular Braziliyanı qəbul edəcəklər.
Argentina Dünya Çempionatının seçmə mərhələsində keçirdiyi 12 oyunda 8 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət əldə edib və tanqoçular 25 xalla qrup liderliyini davam etdirirlər.
Skalonun milliyə dəvət etdiyi futbolçular aşağıdakılardır:
Qapıçılar: Emiliano Martinez (Aston Villa), Geronimo Rulli (Olimpik Marsel), Valter Benites (PSV)
Müdafiəçilər: Nahuel Molina (Atletiko Madrid), Leonardo Badiler (Olimpik Marsel), Kristian Romero (Tottenhem), Nikolas Otamendi (Benfika), Nikolas Tagliafiko (Olimpik Lion), Fakundo Medina (Lens), Xuan Foyt (Vilyarreal (Almaniya)),
Yarımmüdafiəçi: Leandro Paredes (Roma), Aleksis Mak Allister (Liverpul), Rodriqo De Paul, Giuliano Simeone (Atletiko Madrid), Exequiel Palacios (Bayer Leverkuzen), Maksimo Perrone (Komo), Enzo Fernandez (Çelsi), Benjamin Dominqes (Bolonya), Oliya (Alkoli)
Hücumçular: Lautaro Martinez (İnter), Julian Alvares, Anxel Korrea (Atletiko Madrid), Nikolas Paz (Komo), Santyaqo Kastro (Bolonya), Nikolas Qonzales (Yuventus)
Nuranə Məmmədova