image-thumbs_b_c_8cba359b0b079f338664fa98f8462e93backend

Şimali Koreya Cənubi Koreyaya qarşı nüvə müharibəsi barədə xəbərdarlıq edib

Cənubi Koreya təsadüfən yaşayış məntəqəsini bombaladıqdan sonra Şimali Koreya buna çox sərt reaksiya verib. Şimali Koreya açıqlamasında bunun “dünyada ilk nüvə müharibəsinə səbəb ola biləcək təhlükəli fəaliyyətlər” olduğunu bildirib.
Elchi.az xəbər verir ki, “Bu hadisə göstərdi ki, ABŞ və müttəfiqlərinin təlimləri iddia olunduğu kimi Koreyada və regionda sülh və sabitliyin təmin edilməsinə yönəlmiş hərəkətlər deyil, dünyada ilk nüvə müharibəsinə gətirib çıxara biləcək təhlükəli fəaliyyətlərdir”, – deyə bəyanatda bildirilir.
Şimali Koreya Cənubi Koreya ordusuna məxsus iki KF-16 döyüş təyyarəsinin təsadüfən yaşayış məntəqəsini bombalaması ilə nəticələnən qəzaya ilk reaksiyasını verib. Şimali Koreyanın rəsmi mətbuatı qəzanın ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimi zamanı baş verdiyini bildirərək, “Kukla dövlətə aid iki döyüş təyyarəsi ABŞ ilə birgə həyata keçirilən geniş miqyaslı canlı atəş təlimi zamanı bir mülki kəndi hədəfə alaraq, eyni vaxtda görünməmiş bombardman etdi.”
Qəzanın ABŞ və Cənubi Koreyanın bölgədə həyata keçirdiyi birgə təlimlərin nə qədər təhlükəli olduğunu sübut etdiyi vurğulanan açıqlamada, “Əgər bombalar bir az daha şimala atılıb sərhədimizi keçsəydi, vəziyyətin necə inkişaf edəcəyini təxmin etməyə ehtiyac yoxdur” dedi.
Nüvə silahlarının yerləşdiyi atəşkəs bölgəsində ABŞ və Cənubi Koreyanın birgə təlimlərinin müharibə riskini artırdığı iddia edilən bəyanatda, “Təsadüfi bir qığılcımın Koreya yarımadasını, bölgəni və dünyanı yeni silahlı qarşıdurmaya sürükləyə biləcəyi fikri heç bir halda əsassız deyil” deyə xəbərdarlıq edilib. Qəzanın mümkün nüvə müharibəsi riskinin mövcudluğunu ortaya çıxardığı iddia edilən bəyanatda bu ifadələrə yer verilib: “Bu hadisə ABŞ və müttəfiqlərinin təlimlərinin iddia edildiyi kimi Koreyada və regionda sülh və sabitliyin bərqərar edilməsinə yönəlmiş hərəkətlər olmadığını, dünyanın ilk nüvə müharibəsinə səbəb ola biləcək təhlükəli fəaliyyətlər olduğunu göstərdi”.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki