image-beyaz-saray-reu-1935651_1backend

ABŞ: Ukraynaya kəşfiyyat dəstəyi və hərbi yardımı bərpa etdik

Kiyevin 30 günlük atəşkəsə yaşıl işıq yandırmasından sonra Donald Tramp administrasiyası Ukraynaya kəşfiyyat dəstəyi və müdafiə yardımı axınını bərpa edib, Ağ Ev təsdiqləyib.
Elchi.az xəbər verir ki, Milli Təhlükəsizlik Şurasının (MTŞ) sözçüsü Ceyms Hewitt AA-ya bildirib ki, Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna danışıqlarında əhəmiyyətli irəliləyiş əldə edildikdən sonra Ukraynaya hərbi yardımı bərpa ediblər.
Fevralın 28-də Oval kabinetdə prezident Tramp, vitse-prezident J.D.Vens və Ukrayna prezidenti Vladimir Zelenski arasında aparılan müzakirələrdən sonra kəşfiyyat dəstəyi və hərbi göndərişlər dayandırılıb.
Tramp görüş zamanı Zelenskinin “Amerika xalqına hörmətsizlik etdiyini”, Zelenski isə üzr istəmək üçün heç bir səhv etmədiyini deyib.
Çərşənbə axşamı axşam Konqresdə danışan Tramp Zelenskinin ona məktub göndərdiyini və Ukraynanın nadir torpaqlar haqqında sazişi imzalamağa və sülh danışıqlarına getməyə hazır olduğunu bildirib.
Digər tərəfdən, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliff Tramp və Zelenski arasında Oval Ofis müzakirəsindən sonra bu ölkəyə kəşfiyyat dəstəyi və hərbi göndərişləri müvəqqəti olaraq dayandırdıqlarını təsdiqləsə də, bunun müvəqqəti olduğunu vurğulayıb.
Trampın xüsusi nümayəndəsi Steve Witkoff, sözügedən məktubda Zelenskinin üzr istədiyini bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki