image-basortusu-1977229_1backend

Avstraliyada İslam əleyhinə hücumlar iki dəfə artıb

Avstraliyada müsəlmanlara qarşı hücumlar son iki ildə iki dəfədən çox artıb. Yeni araşdırmalar bu hücumlardan ən çox qadınların və qızların təsirləndiyini ortaya çıxarıb.
Elchi.az xəbər verir ki, İslamofobiya Qeydiyyatının Deakin və Monaş universitetləri ilə birgə hazırladığı Avstraliyada İslamofobiya ilə bağlı beşinci hesabatda 2023-cü ilin yanvarından 2024-cü ilin dekabrına qədər 309 fiziki hücum sənədləşdirilib.
Bu rəqəm əvvəlki hesabat dövrü ilə müqayisədə 2,5 dəfə artım deməkdir. Bundan əlavə, təsdiqlənmiş onlayn nifrət dolu hadisələrin sayı üç dəfə artaraq 366-ya çatıb.
Məlumata görə, hücuma məruz qalanların dörddə üçü qadın və qızlardır. Qadınlar kişilərdən 30 faiz daha çox fiziki hücuma məruz qalırlar.
İslamofobiya Qeydiyyatı Müdiri Dr Nora Amath hücumların cinsiyyətə əsaslandığını söyləyərək, “Qurbanların əksəriyyəti müsəlman qadınlar, hücum edənlər isə kişilərdir. “Bu, çox aydın və narahatedici bir vəziyyətdir” deyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki