image-creator-gd-jpeg-v1-0-using-ijg-jpeg-v62-quality-85backend

Pakistan – Hindistan arasında GƏRGİNLİK – Nəzarət xəttində atışma oldu

Xəbər verdiyimiz kimi, Hindistan və Pakistan arasında gərginlik hökm sürür. Hətta hər iki ölkənin əsgərləri arasında Cammu və Kəşmirdə Nəzarət Xətti boyunca atışma olub.

Elchi.az xəbər verir ki, bu barədə “PTI” agentliyi məlumat yayıb.

“Pakistanın təşəbbüsü ilə Nəzarət Xətti boyunca bəzi yerlərdə atıcı silahlardan atəş açılıb. Artıq atəşə effektiv cavab verildi. Ölən və yaralananlar barədə məlumat verilmir”, – deyə mənbə bildirib.

Agentlik bildirir ki, Pakistan ordusunun atəşə tutulması 26 mülki şəxsin ölümü ilə nəticələnən Pahalqam terror hücumu ilə bağlı tərəflər arasında gərginliyin artması fonunda baş verib. Terror aktından sonra bölgədə də antiterror əməliyyatları aparılır. Hindistan təhlükəsizlik qüvvələrinin məlumatına görə, ötən gecə terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma olub.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki