ABŞ hərbi döyüş təyyarələrinin Yəmənin Marib və Əmran əyalətlərini hədəf alan 6 hava hücumu təşkil etdiyi açıqlanıb.
Elchi.az xəbər verir ki, Yəmənin husilərə məxsus əl-Məsirə televiziyasında yayımlanan xəbərə görə, ABŞ ordusu Maribin Medqal bölgəsinə dörd, Əmranın Harf Süfyan bölgəsinə iki hava hücumu həyata keçirib.
Hücumlardan sonra ölən və yaralananların sayı barədə məlumat verilməyib.
Yəmənə hava zərbələri endirilib
Husilər martın 7-də İsrailə yardımın Qəzzaya girməsinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp martın 15-də Truth Social platformasında verdiyi açıqlamada orduya Yəməndə husilərə qarşı “kütləvi hücum” əmri verdiyini bildirib.
Bildirilib ki, ABŞ martın 15-dən sonra Yəmənə 1000-dən çox hava hücumu həyata keçirib və nəticədə əksəriyyəti qadın və uşaqlar olmaqla 217 nəfər ölüb, 436 yəmənli isə yaralanıb.
Şayəstə Hüseynova