image-trump-netanyahu-reuters-2330091_1backend

İsrailin Qəzzada törətdiyi qırğınlara görə ABŞ administrasiyası məsuliyyət daşıyır

Fələstinin Qurtuluş Xalq Cəbhəsi: İsrailin Qəzzada törətdiyi qırğınlara görə ABŞ administrasiyası məsuliyyət daşıyır
Elchi.az xəbər verir ki, Fələstinin Azadlığı üçün Xalq Cəbhəsi (FAXC) Donald Trampın rəhbərliyi altında ABŞ administrasiyasını İsrailin Qəzza zolağında fələstinlilərə qarşı davam edən soyqırım cinayətlərinə görə tamamilə cavabdeh hesab edib.
FAXC-dən verilən açıqlamada bildirilib ki, İsrailin Qəzza zolağında uşaqlara, qadınlara və qocalara qarşı törətdiyi soyqırım cinayətləri hədsiz dərəcədə artarkən, ABŞ-ın başçılıq etdiyi qlobal güclər bu cinayətlərə silah və ya siyasi pərdə ilə dəstək verməyə davam edir.
Bəyanatda susqunluğa və şərikliyə son qoyulması tələb edilib və Fələstin xalqına qarşı soyqırımın davam etdiyi bir vaxtda dünyanın seyrçi qaldığı və cinayətlərə ortaq olduğu vurğulanıb.
“Bu qətliamlara görə bütün məsuliyyət müharibə cinayətkarı Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyasının üzərinə düşür. O, öldürmə və məhvetmədə fəal iştirakını həyasızcasına bəyan etməklə, insanlığa qarşı törədilən bu cinayətlərin əsas şərikinə çevrilir”, – bəyanatda deyilir.
Bəyanatda ABŞ və Avropadakı universitet tələbələri, həmkarlar ittifaqları və icmaları dərhal küçələrə çıxmağa və İsraili dəstəkləyən qərar qəbuletmə mərkəzləri olan Ağ Evi və Pentaqonu mühasirəyə almağa və dünyanın bu cinayətlər qarşısında səssiz qalmayacağına dair aydın mesajı çatdırmağa çağırılıb.
Bəyanatda həmçinin deyilir: “Ərəb və İslam xalqını təcili tədbirlər görməyə və sionist qırğın maşınına qarşı Qəzzanı tək qoymamağa çağırırıq. Çünki artıq susqunluq və hərəkətsizliyə yer qalmayıb. Bu gün Qəzzanı dəstəkləmək milli və mənəvi bir vəzifədir, onu tərk etmək isə şəhidlərin, yaralıların və işgəncələrə məruz qalanların qanına xəyanətdir”. qiymətləndirmə aparılıb.
Bəyanatda deyilir ki, xalq nümayişlərdən tutmuş oturaq aksiyalara, vətəndaş itaətsizliyindən tutmuş sionist birlik və onun tərəfdarlarının hərtərəfli boykotuna qədər bütün vasitələrə əl atmalıdır.
“İşğalçılar və onların müttəfiqlərinin onu məhv etmək üçün bütün cəhdlərinə baxmayaraq Qəzza və onun müqaviməti qırılmayacaq. Müqavimət davam edəcək, Fələstin xalqı təslim olmayacaq, Netanyahu və onun faşist hökuməti tarix boyu bütün tiranların və cinayətkarların məhv olduğu kimi, məhv olacaq”.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki