image-filistinliler-goc-aa-2347895_1backend

İƏT-dən İsrailə: Beynəlxalq sanksiyalar tətbiq edilməlidir

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrail təhlükəsizlik kabinetinin Şərqi Qüds və İordan çayının qərb sahilinin işğalını genişləndirəcək yolların tikintisi ilə bağlı təsdiq etdiyi qərarı pisləyib.
Elchi.az xəbər verir ki, İKT bəyanatında İsrailin bu addımı “beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrinin açıq şəkildə pozulması” kimi qiymətləndirilib.
Açıqlamada Maale Adumim qəsəbəsinin Qüdsə ilhaq edilməsi və qəsəbə ətrafındakı Fələstin qəsəbələrinin Qüdsdən təcrid edilməsini hədəfləyən bu addımın iki dövlətli həlli təhlükə altına atacağı ilə bağlı xəbərdarlıq edilib.
Bəyanatda beynəlxalq ictimaiyyət və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından İsrailin məskunlaşmasını, ilhaqını, məcburi köçünü və “soyqırım siyasətini” dayandırmaq üçün hərəkətə keçməyə və hesabatlılıq mexanizmlərini işə salmağa çağırılıb və İsrailin Qərb Sahilində işğalını genişləndirəcək yol çəkmə qərarı pislənib.
Bəyanatda İsrailin beynəlxalq hüququn davamlı şəkildə pozulmasına görə ona qarşı beynəlxalq sanksiyaların tətbiqinə çağırış edilib.
İsrailin İordan çayının qərb sahilində işğalını genişləndirəcək yol tikintisi qərarı.
İsrail Baş nazirliyi kabinetinin işğal altındakı İordan çayının qərb sahilində Qüdsün 7 kilometr şərqində yerləşən Maale Adumim qəsəbəsi ətrafında yol çəkilişi qərarını təsdiqlədiyini açıqlayıb.
Qərara əsasən, Fələstinin Azəriyə və Zaim məhəllələri ilə Azəriyə ilə Maale Adumim arasında alternativ yollar açılacaq.
Bu addım fələstinlilərin Maale Adumim qəsəbəsinə aparan yollardan istifadə etmələrinin qarşısını almaq və bu yolları yalnız Fələstin torpaqlarını qəsb etmiş israillilərə təqdim etmək məqsədi daşıyır.
İsrail mediası qeyd edir ki, qərar İsrailin bölgəni ilhaqına zəmin yaradacaq.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki