ABŞ prezidenti Donald Tramp Finlandiya prezidenti Alexander Stubb ilə iki ölkə arasında əlaqələrin gücləndirilməsi üçün əməkdaşlıq edəcəklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, Prezident Tramp ABŞ-da səfərdə olan Stubb ilə görüşdən sonra “Truth” sosial media hesabından açıqlama verib.
Tramp çox yaxşı qolf oyunçusu olduğunu söylədiyi Stubb ilə qolf oynadığını və bir turnir qazandıqlarını bildirib.
ABŞ-ın buzqıran gəmilərə ehtiyacı olduğunu xüsusilə vurğulayan Tramp, iki ölkə arasında əlaqələrin gücləndirilməsi üçün əməkdaşlıq edəcəklərini ifadə edib.
Tramp deyib ki, Stubb ona “ABŞ yenidən qayıdıb və güclüdür” deyib və o, bu fikirlə razılaşıb.
Nuranə Məmmədova