Almaniya Ukraynaya 130 milyon avro məbləğində yardım göstərəcək.
Elchi.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Almaniyanın xarici işlər naziri vəzifəsinin icraçısı Annalena Berbok bildirib.
“Xarici işlər naziri A.Berbok bu gün vəzifədə olduğu müddətdə on birinci dəfə Ukraynaya səfər edib”, – ölkənin Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunur ki, səfər zamanı o, siyasətçilər və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək və Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü istiqamətində atdığı addımları müzakirə edəcək.
Xavər