image-sirbistan-ve-macaristan-arasinda-savunma-anlasmasi-imzalandibackend

Serbiya ilə Macarıstan arasında müdafiə paktı imzalanıb

Serbiya ilə Macarıstan arasında “Strateji Müdafiə Sazişi”nin imzalandığı açıqlanıb.
Elchi.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç paytaxt Belqraddakı Serb sarayında Macarıstanın müdafiə naziri Kristof “Szalay-Bobrovniczky”ni qəbul edib.
Danışıqların ardından təşkil edilən birgə mətbuat konfransında danışan Vuçiç Macarıstanla əhəmiyyətli əməkdaşlıq etdiklərini və 2023-cü ildə əldə etdikləri müdafiə razılaşmasını konkretləşdirəcək sənədi imzaladıqlarını bildirib. Vuçiç həmçinin bildirib ki, Serbiya və Macarıstan arasında strateji müdafiə sahəsində əməkdaşlıq regionun bütün ölkələri arasında ən əhatəli sazişdir.
Macarıstanın müdafiə naziri Szalay-Bobrovniczky bəyan edib ki, Serbiya və Macarıstan daim məsləhətləşirlər. Szalay-Bobrovniczky Serbiyanın hələ Avropa Birliyinə (Aİ) üzv olmamasına baxmayaraq, münasibətlərinin ən yüksək səviyyədə olduğunu vurğulayaraq, qarşıdakı illər üçün planları da müzakirə etdiklərini qeyd edib.
Açıqlamalardan sonra Serbiyanın müdafiə naziri Bratislav Qasiç və Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovniczky iki ölkə arasında “Strateji Müdafiə Sazişi”ni imzalayıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki