image-beyaz-saray-1backend

ABŞ Honq-Konqun 6 məmuruna qarşı iqtisadi sanksiya tətbiq edib

ABŞ Dövlət Departamenti Honq-Konq Xüsusi İnzibati Bölgəsinin “sərhədlərarası təzyiq” və “muxtariyyətini pozduğunu” iddia etdiyi altı Honq-Konq rəsmisinə iqtisadi sanksiya tətbiq etmək qərarına gəlib.
Elchi.az xəbər verir ki, Nazirliyin açıqlamasında deyilir ki, sanksiyalara Honq Konq Xüsusi İnzibati Bölgəsinin ədliyyə naziri Paul Lam, Honq Konq polis rəisi Raymond Siu və Honq Konq Milli Təhlükəsizlik Mühafizə Departamentinin direktoru Dong Zhingwei daxildir.
Bəyanatda altı məmurun ” ABŞ sakinlərini hədəf alan transsərhəd təzyiqlərlə” əlaqəsi olduğu və Honq-Konqun muxtariyyətinə xələl gətirən siyasətlər həyata keçirdiyi və sözügedən məmurların biri ABŞ vətəndaşı və dörd nəfər də daxil olmaqla 19 “demokratiya tərəfdarı” fəalı susdurmaq üçün “Honq-Konqun milli təhlükəsizlik qanunlarından istifadə etdikləri” iddia edilir.
Bəyanatda məmurlara qarşı iqtisadi sanksiyaların tətbiq ediləcəyi və bunun çərçivəsində onların ABŞ-dakı mülklərinə həbs qoyulacağı bildirilib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki