image-download-83backend

Qəzzada soyqırım davam edir! Həyatını itirənlərin sayı 50 mini keçib

 İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 50 min 399 nəfərə yüksəlib.
İsrail ordusu Fitr bayramına baxmayaraq Qəzza zolağına hücumlarını davam etdirir.
Elchi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin son 24 saatda həyata keçirdiyi hücumlarda 42 nəfərin həyatını itirdiyi, 183 nəfərin isə yaralandığı bildirilib.
İsrailin atəşkəsi pozduğu martın 18-dən bu yana 1042 nəfərin həyatını itirdiyi, 2542 nəfərin yaralandığı qeyd edilib. Nazirlikdən verilən məlumata görə, İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabr 2023-cü ildən bu yana həyatını itirənlərin ümumi sayı 50 min 399-a, yaralıların sayı isə 114 min 583-ə yüksəlib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki