İslandiyanın cənub-qərbindəki vulkanik fəaliyyətə görə “Blue Lagoon” turizm bölgəsinin boşaldıldığı açıqlanıb.
Elchi.az xəbər verir ki, “Blue Lagoon” turizm zonası İslandiyanın cənub-qərbindəki vulkanik kraterlərdə seysmik aktivliyə görə boşaldılıb.
Yerli vaxtla saat 06:30-da Qrindavik şəhərində seysmik aktivlik baş verib. Seysmik aktivliyin vulkan püskürməsinə səbəb ola biləcəyi qorxusuna görə, “Blue Lagoon” turizm zonası boşaldılıb.
Nuranə Məmmədova