Avropa İttifaqının (Aİ) Ukraynadakı münaqişənin həlli üzrə sammitləri faydasızdır və heç bir nəticə vermir.
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Slovakiya prezidenti Peter Pelleqrini deyib.
“Avropa İttifaqı çərçivəsində keçirilən müxtəlif təşəbbüslər, müxtəlif sammit və görüşlər konkret nəticə və konkret plan gətirmir”, – deyən siyasətçi qeyri-rəsmi görüşlərdə də konkret həll yollarının təklif olunmadığını bildirib.
Bundan əvvəl Slovakiya prezidenti Peter Pelleqrini Ukraynaya Avropa hərbi kontingentinin göndərilməsini müzakirə etməyin tez olduğunu bildirib.
Nuranə Məmmədova