image-img_8660backend

Çin kosmosa internet sınaq peykini buraxıb

Çin kosmosa peyk internet texnologiyalarını sınaqdan keçirmək üçün istifadə ediləcək peyk göndərdi.

Elchi.az xəbər verir ki, Çinin Sinxua agentliyinin xəbərinə görə, peyk ölkənin şimal-qərbindəki Ciuchuen Peyk Mərkəzindən “Long March-2D” daşıyıcı raketi ilə orbitə buraxılıb.

Planlaşdırılan orbitə yerləşmiş peyk genişzolaqlı internet bağlantılarının mobildən peykə ötürülməsi, yer və kosmik şəbəkələrin inteqrasiyası kimi peyk internet texnologiyalarının sınaqdan keçirilməsi və yoxlanılması üçün istifadə olunacaq.

Buraxılış “Uzun Yürüş” raketləri ilə həyata keçirilən 567-ci uğurlu nəqliyyat missiyası idi.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki