“Neue Generation” (“Yeni Nəsil”) radikal ekoloji hərəkatının ekoaktivistləri Berlinin Raynikendorf rayonunda İlon Maska məxsus “Tesla” şirkətinin salonunun girişinə mavi boya töküblər.
Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Tagesspiegel” nəşrinin polisə istinadən verdiyi məlumatda bildirir ki, hadisə bazar ertəsi yerli vaxtla saat 10:50 radələrində baş verib. 28 və 44 yaşlı iki qadın şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün saxlanılıb. Əmlaka ziyan vurulması faktı üzrə araşdırma aparılır.
Aksiyaya görə məsuliyyəti “Neue Generation” hərəkatının ekoaktivistləri öz üzərinə götürüblər, onlar “Instagram”da hücumla bağlı yazıblar. Aktivistlər öz kampaniyaları üçün bilərəkdən”Almaniya üçün Alternativ” partiyasının “mavi rəngini” seçərək Maska, onun partiya ilə yaxınlığına və “ABŞ-də destruktiv siyasi təsirinə” qarşı etiraz ediblər.
Xavər