İsrail ordusunun Livanın paytaxtı Beyrutun cənubunda həyata keçirdiyi hava hücumu nəticəsində ilkin məlumata görə 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-da yer alan xəbərə görə, İsrail döyüş təyyarələri paytaxt Beyrutun cənubundakı bir binanı iki raketlə hədəfə alıb.
Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada ilkin məlumata görə, hava hücumunda 3 nəfərin həyatını itirdiyi, 7 nəfərin isə yaralandığı bildirilib.
İsrail Ordusunun sözçüsü Avichay Adraee, X hesabında etdiyi şərhdə, paytaxt Beyrutun cənubunu döyüş təyyarələri ilə bombaladıqlarını söylədi.
Sözügedən hücumda Hizbullahdan bir ünsürün hədəf alındığını iddia edən Andrae, hədəf alınan Hizbullah ünsürünün son vaxtlar İsrailə qarşı hərəkətə keçmək məqsədi ilə Həmas üzvlərinə yardım etdiyini iddia etdi.
Martın 28-də Livanın cənubundan ölkənin şimalına raketlər atıldığını açıqlayan İsrail ordusu ardıcıl hava hücumları ilə Livanın cənubunu və paytaxt Beyrutu hədəf alıb.
İsrail döyüş təyyarələrinin bu hücumu 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəsdən sonra Beyruta edilən ilk bombardman idi.
Şayəstə Hüseynova