Quanqsi-Çjuanq Muxtar Bölgəsinin elmi müəssisələrinin mütəxəssisləri qədim insan Elizabet KUZ-un kəllə sümüyünü tədqiq ediblər.
Elchi.az xəbər verir ki, Çinin Quanqsi-Çjuan Muxtar Bölgəsinin elmi müəssisələrinin mütəxəssisləri Yahuai mağarasında kəllə sümüyü tapılan qədim insanın xarici görünüşünü bərpa ediblər. Qalıqların təxminən 16 min il yaşı var. Bu barədə “Böyük Asiya” nəşri yazır.
Tədqiqatda üçölçülü modelləşdirmə və üçölçülü həndəsi morfometriya daxil olmaqla müasir texnologiyalardan istifadə olunub. Bu cür yeniliklər uzaq əcdadın obrazını yüksək dəqiqliklə canlandırmağa kömək etdi.
Bu kəşf Çində aşkar edilmiş ikinci Paleolit dövrü məzarlığıdır və böyük elmi dəyərə malikdir. Fosil qalıqları o dövrün insanlarının miqrasiya axını, həyat tərzi və dəfn mərasimləri haqqında məlumat verir.
Keçən il Norveç alimləri təxminən bir əsr əvvəl quyuda tapılan 800 illik skeletin həqiqiliyini müəyyən edə bildilər. Müasir DNT analiz üsullarından istifadə edərək, onlar uzaq 1197-ci ildə baş verən hadisələrdən bəhs edən Skandinaviya Sverrir dastanının həqiqiliyini təsdiqlədilər.
Şayəstə Hüseynova