image-owl_detail_620_d5a3bf7355c4c86b2252389777b521b6backend

Zelenski Rusiyanın zərbələrinə görə ABŞ və Avropadan reaksiya tələb edib

Ukrayna lideri Volodimir Zelenski deyib ki, Kiyev Rusiyanın hücumlarına ABŞ və Avropadan reaksiya gözləyir.

Elchi.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.

“Biz partnyorlarımıza Rusiya ordusunun hansı hücumları həyata keçirdiyi və nəyə hazırlaşdığı barədə bütün məlumatları təqdim edirik. Amerika, Avropa və bütün müttəfiqlərimizdən reaksiya gözləyirik”, – o yazıb.

Zelenski Rusiya tərəfini guya Ukraynanın əksər bölgələrində zərbələr endirməkdə ittiham edib. Onun sözlərinə görə, 1310 idarə olunan bomba, 1000-dən çox hücum təyyarəsi və ballistika daxil olmaqla 9 müxtəlif tipli raket atılıb.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji sisteminin obyektlərinin atəşə tutulmasına moratoriumun tətbiqini davam etdirir. Bununla belə, o vurğulayıb ki, Kiyev moratoriyi pozmaqda davam edərsə, Rusiya natura cavab vermək hüququnu özündə saxlayır.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki