Microsoft-un qurucusu və ABŞ milyarderi Bill Qeyts süni intellektin insanların əlindən ala bilməyəcəyi üç işi açıqlayıb.
Elchi.az xəbər verir ki, texnologiyanın sürətli inkişafı bir çox sektorları dəyişdirərkən, süni intellektin sürətli inkişafı iş yerlərinin itirilməsi ilə bağlı narahatlıqları da artırır. “Microsoft”un yaradıcısı Bill Qeytsin sözlərinə görə, bu narahatlıqlar tamamilə əsassız deyil.
Qeyts süni intellektin zamanla bir çox peşələri aradan qaldıracağını desə də, ən azı indilik üç peşənin təhlükəsiz olduğunu qeyd edir: Proqram Tərtibatçıları: Süni intellekt kod yaza bilsə də, mürəkkəb proqram təminatının hazırlanması, onun sazlanması və sistemlərin idarə edilməsi üçün insanlara hələ də ehtiyac var. Süni intellekt inkişaf etdirən insanlar süni intellekt dövründə mühüm rol oynamağa davam edəcəklər.
Enerji Mütəxəssisləri: Enerji sektoru böyük və dəyişkəndir. İstər neft, istər nüvə, istərsə də bərpa olunan enerji, tənzimləmə proseslərini idarə etmək və böhranların həlli insan təcrübəsi tələb edir. Qeytsin fikrincə, burada süni intellekt ancaq köməkçi ola bilər.
Bioloqlar: İntuisiya, yaradıcılıq və tənqidi düşüncə tibbi və elmi tədqiqatlarda böyük əhəmiyyət kəsb edir. Süni intellekt böyük məlumatları təhlil edə bilər, lakin onun yeni fərziyyələr yaratmaq və ya elmi irəliləyişlər etmək qabiliyyəti yoxdur.
Bill Qeyts süni intellektin iş dünyasını tam zəbt etməyəcəyini, əksinə böyük dəyişikliklər yaradacağını bildirir. Bacarıqları inkişaf etdirmək və gələcəyə hazırlanmaq üçün yeni sahələrə uyğunlaşmaq getdikcə daha vacib olur.
Şayəstə Hüseynova