image-ucak-1476112_1backend

Bir çox aviaşirkətlər “power bank” istifadəsini qadağan edir

Asiyada bir çox aviaşirkətlər təyyarələrdə həddindən artıq istiləşmə və yanğın hadisələrindən sonra litium batareyaları ilə bağlı qaydaları sərtləşdirir.
Elchi.az xəbər verir ki, Cənubi Koreya Nəqliyyat Nazirliyinin açıqlamasına görə, yanvar ayında Air Busan təyyarəsində baş verən yanğının mənbəyi litium batareyası olan portativ enerji bankı ola bilər.
İstintaq komitəsi və məhkəmə-tibb ekspertlərinin ekspertizaları nəticəsində enerji bankının qalıqlarında “çoxlu elektrik ərimə izləri” aşkar edilib.
Sərnişinlər tez-tez telefonlarını, planşetlərini və noutbuklarını doldurmaq üçün litium-ion batareyaları olan powerbank daşıyırlar.
Bununla belə, istehsal qüsurları, düzgün istifadə edilməməsi və batareyaların köhnəlməsi kimi amillər uçuş zamanı yanğın riskini artıra bilər.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, son 20 ildə uçuşlarda tüstü, yanğın və ya həddindən artıq istiləşməyə səbəb olan litium batareyaları ilə bağlı 500-dən çox hadisə baş verib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki