Alimlər aşkar ediblər ki, nadir xəstəliyin müalicəsində istifadə olunan dərman insan qanını ağcaqanadlar üçün öldürür və bu, malyariya ilə mübarizədə əsas rol oynaya bilər.
Elchi.az xəbər verir ki, bu gün malyariya riskini azaltmaq üçün müxtəlif üsullardan istifadə olunur. Bunlardan biri də parazitar infeksiyaların müalicəsində istifadə edilən ivermektin adlı dərmanın ağcaqanadların ömrünü qısaltmasıdır.
Bununla belə, alimlər ətraf mühitə zərər verə bilən və həddindən artıq istifadə edildikdə müqavimətin inkişafına səbəb olan bu dərmana alternativlər axtarmağa başlayıblar.
Yeni dərman ağcaqanadları iflic edir
“Science Translation Medicine” jurnalında dərc edilən araşdırma, nitisinon adlı dərmanın ağcaqanad populyasiyasını sıxışdıraraq malyariyaya qarşı mübarizəyə töhfə verə biləcəyini müəyyən etdi.
Liverpul Tropik Tibb Məktəbindən Li Haines dedi: “Qansoran həşəratların qarşısını almağın bir yolu heyvanların və insanların qanını bu böcəklər üçün zəhərli etməkdir. “Bizim tapıntılar göstərir ki, nitisinonun istifadəsi malyariya kimi həşəratlarla ötürülən xəstəliklərlə mübarizədə təsirli vasitə ola bilər.”
Ümumiyyətlə alkaptonuriya və tirozinemiya tip 1 kimi nadir irsi xəstəliklərin müalicəsində istifadə edilən nitisinon orqanizmdə müəyyən bir fermenti (4-hidroksifenilpiruvat dioksigenaza) inhibə edərək zərərli birləşmələrin yığılmasının qarşısını alır.
Lakin məlum olub ki, dərman ağcaqanadlar tərəfindən qəbul edildikdə onların qanının həzmini dayandırıb, həşəratların tez tələf olmasına səbəb olub.
Şayəstə Hüseynova