image-64_1743771259backend

Ərdoğan: “Ticarət müharibələrinin qlobal nəticələri olacaq”

“Ticarət müharibələri böyük və kiçik ölkələrə təsir edən qlobal təsirlərə malikdir”.

Elchi.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının fraksiyasının iclasında çıxışı zamanı deyib.

“Tariflərdən qaynaqlanan ticarət müharibələrinin qlobal təsirləri olacaq. Böyük və kiçik hər kəsə təsir edəcək güclü qasırğanın gələcəyini söyləmək mübaliğə olmaz”, – o, qeyd edib.

Aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. 10%-lik universal tariflər aprelin 5-dən qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-da fəaliyyətə başlayıb.Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal olunan avtomobillərə 25%-lik gömrük rüsumları tətbiq edib.

Aprelin 8-də Ağ Evdə çıxış edən Tramp qeyd edib ki, Amerikanın idxal mallarına tətbiq etdiyi tariflər ABŞ-a gündəlik 2 milyard dollar gəlir gətirir. Amerika prezidenti bildirib ki, Vaşinqton öz mallarını ABŞ-a ixrac etmək istəyən 70-dən çox ölkə ilə danışıqlar aparır.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki