Oksford Universitetinin doktoru Lea Veronese Şekspirin 116-cı sonetinin nadir əlyazma nüsxəsini aşkar edib.
Elchi.az xəbər verir ki, Oksford Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsindən Dr. Lea Veronese Şekspirin 116-cı sonetinin 17-ci əsrə aid nadir əlyazma nüsxəsini tapıb.
Əlyazma kralçı və Ashmolean Muzeyinin yaradıcısı Elias Ashmole-un şəxsi arxivində tapılıb. Bu kəşf diqqətəlayiqdir, çünki bu, indiyə qədər müəyyən edilmiş yalnız ikinci əlyazma nüsxəsidir.
Doktor Veronezenin təsvirlərinə görə, əlyazmanın təkcə ədəbi deyil, həm də tarixi əhəmiyyəti var. Deyilənə görə, sonet o vaxt qadağan olunmuş Milad ilahiləri və siyasi satiralarla birlikdə musiqiyə qoyulmuşdur. Henry Lawes tərəfindən bəstələnmiş bu mahnıya uyğunlaşmanın sözləri Nyu-York İctimai Kitabxanasındakı mahnı kitabında mövcuddur. Əlyazma yalnız sözlərdən ibarətdir. Uyğunlaşmada Şekspirin orijinal sətirləri dəyişdirilmiş və yeddi yeni sətir əlavə edilmişdir.
Mütəxəssislərin fikrincə, əsərə əlavə olunan sətirlər təkcə mahnı formasına uyğunluq üçün deyil, həm də dövrün siyasi ab-havasına işarələr ehtiva edir. Onun kralçı şairlər toplusunda yer alması bu misraların romantik sevgidən çox dini və siyasi sədaqət mesajı daşıdığını deməyə əsas verir.
Bu əlyazma təkcə Şekspirin əsərlərinin necə oxunduğunu deyil, həm də dövrün şəraitinə uyğunlaşdırıldığını göstərir.
Nuranə Məmmədova