image-47b19b84-23ed-3c2b-978e-bfae3afe79d1_850backend

Azərbaycan qeyri-neft-qaz ixracını 15 %-ə yaxın artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 % artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.

Elchi.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 15,1 % artaraq 224,7 milyon ABŞ dolları olub.

Hesabat dövründə ölkədən ixrac olunan qiymətli və yaxud azqiymətli daş və metalların dəyəri 46,7 milyon ABŞ dolları və yaxud 3,4 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 9,1 milyon ABŞ dolları və yaxud 76,8 %, kimya sənayesi məhsullarının dəyəri 21,9 milyon ABŞ dolları və yaxud 33,4 %, şəkərin dəyəri 976,3 min ABŞ dolları və yaxud 18,8 %, meyvə-tərəvəzin dəyəri 20,8 milyon ABŞ dolları və yaxud 15,7 %, alüminium və ondan hazırlanan məmulatların dəyəri 4,9 milyon ABŞ dolları və yaxud 10,2 %, spirtli və spirtsiz içkilərin dəyəri 724 min ABŞ dolları və yaxud 5,7 %, çayın dəyəri 74,1 min ABŞ dolları və yaxud 5,1 %, bitki və heyvan mənşəli piylər və yağların dəyəri 237,9 min ABŞ dolları və yaxud 4,2 %, pambıq ipliyin dəyəri 22,1 min ABŞ dolları və yaxud 0,4 % artıb.

İl ərzində ixrac olunan aqrar məhsulların dəyəri 12,3 % artaraq 170,5 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının dəyəri 17,6 % artaraq 69,1 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 11,6 % artaraq 239,6 milyon ABŞ dolları təşkil edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki