İndoneziya prezidenti Prabowo Subianto Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək.
Elchi.az xəbər verir ki, Prezidentlik Kommunikasiyalar Direktoru Fahrettin Altun sosial media hesabından verdiyi açıqlamada İndoneziya Prezidenti Subiantonun Türkiyəyə səfər edəcəyini və sabah Prezident Külliyesində keçiriləcək görüşlərdə Türkiyə ilə İndoneziya arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində atılan addımların qiymətləndiriləcəyini bildirib.
Görüşlərdə aktual, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacağını bildirən Altun bunları qeyd edib:
“11-13 aprel 2025-ci il tarixlərində İndoneziya Prezidenti Subiantonun dövlət başçımızın himayəsi altında keçiriləcək Antalya Diplomatiya Forumunda iştirak etməsi də nəzərdə tutulur. İnanırıq ki, bu səfər güclü tarixi və mədəni əlaqələrimiz olan dost və qardaş ölkəmiz İndoneziya ilə əlaqələrimizi daha da gücləndirəcək və dərinləşdirəcək”.
Nuranə Məmmədova