Kulinariya sahəsi üzrə yeddi kitabın müəllifi, dünyaca məşhur aşpaz Con Qreqori-Smit Bakıda səfərdədir.
Kult.az xəbər verir ki, bu barədə bloqer Adnan Hüseyn İnstaqram səhifəsində paylaşım edib.
Qeyd edək ki, yemək proqramında aparıcılıqla da məşhur olan Con Qreqori-Smit Yaxın Şərq və Şimali Afrika mətbəxi üzrə ixtisaslaşmış aşpazdır. O, mütəmadi olaraq dünya ölkələrinə səyahət edir, yerli mətbəxlə tanış olur.Con Qreqori-Smit öz bloqunda xəngəlin hazırlanması ilə bağlı video paylaşdıqdan sonra Azərbaycanda da məşhurlaşıb.