image-owl_detail_240_30531fc34c34ce9b4d2f7d861fb42b92backend

İyun ayında Vaşinqton Paradı keçiriləcək

İyun ayında Vaşinqtonda parad prezident Donald Trampın doğum gününə təsadüf edən iyunun 14-də ABŞ ordusunun 250 illik yubileyi münasibətilə keçiriləcək.
Elchi.az xəbər verir ki ,Amerika paytaxtında keçirilən bayram tədbirinin təfərrüatlarını The Washington Post (WP) açıqlayıb.
Nəşrin məlumatına görə, hazırda canlı musiqi, atəşfəşanlıq, paraşütçülərin enişi və ola bilsin ki, hərbi paraddan ibarət genişmiqyaslı tədbir üçün planlar hazırlanır.
Qeyd olunur ki, parad korteji Pentaqonun binasından başlayacaq , Potomak çayını keçəcək və Linkoln Memorialından Kapitol binasının yaxınlığındakı Corc Vaşinqton abidəsinə qədər gedəcək.
Ağ Evin yüksək rütbəli rəsmisi qəzetə bildirib ki, iyun hadisəsinin hərbi parada çevrilməsi həqiqətən də müzakirə olunur, lakin “Ağ Evdə bir çox ideyalar müzakirə olunur, lakin həyata keçirilmir”.
Daha əvvəl “The Hill” qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Tramp öz ad günündə, ABŞ da Amerika quru qüvvələrinin 250 illiyini qeyd etdiyi bir vaxtda hərbi parad keçirmək istəyir. Dəqiqləşdirilir ki, Tramp belə bir paradı ilk dəfə 2018-ci ildə Fransada Bastiliyanın alınması günü ilə bağlı qeyd etmələrdən təsirləndiyi vaxt təşkil etmək istəyib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki