image-6683eb75df483b2b9952fc08backend

Aİ geni dəyişdirilmiş qarğıdalıya icazə verir

Avropa İttifaqı (Aİ) Komissiyası geni dəyişdirilmiş qarğıdalıdan qida və heyvan yemi kimi istifadəyə icazə verib.
Elchi.az xəbər verir ki, Aİ Komissiyası, geni dəyişdirilmiş üç qarğıdalı məhsulunun adi analoqları qədər təhlükəsiz olduğunu, qida və heyvan yemi kimi istifadəsinə icazə verildiyini açıqlayıb.
Açıqlamada Komissiyanın icazə qərarları ilə geni dəyişdirilmiş qarğıdalı sortlarının yalnız qida və heyvan yemi kimi istifadə üçün idxal oluna biləcəyi və AB-də becərilməsinə icazə verilmədiyi bildirilib.
Bəyanatda təsdiq edilmiş qarğıdalı sortlarının insan və heyvan sağlamlığının və ətraf mühitin yüksək səviyyədə qorunmasını təmin edən hərtərəfli və ciddi qiymətləndirmə prosedurundan keçdiyi vurğulanıb və qarğıdalı sortlarına verilən icazələrin 10 il müddətində qüvvədə olacağı qeyd edilib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki